RU

Azərbaycanda hava yenə dəyişir: temperatur düşəcək – Bu tarixdə

Qarşıda bizi hansı hava şəraiti gözləyir?

Vətəninfo.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov bildirib ki, indiyədək mövcud temperatur səviyyəsi yüksək deyil və hava proqnozları bəzən dəqiq olmur:

“Bakıda hələ ki, 41 dərəcə isti müşahidə edilməyib. Ancaq 30-35 dərəcədə də günəş şüaları insan sağlamlığına zərər verə bilər. Cari istilər qlobal istiləşmənin göstəricisi hesab olunmur. İyun və iyulun ilk yarısı sərin keçdi. 1950-60-cı illərdə isə temperatur qat-qat yüksək olurdu, hətta may ayında artıq dənizə gedirdik. Amma bu il dəniz mövsümü yalnız iyulun ortalarında açıldı. Bu da havaların zamanla soyumağa doğru dəyişdiyini göstərir”.

Ekoloq deyib ki, yaxın günlərdə havalar sərinləşəcək: “Temperaturun yüksəlməsi bəzən mümkündür və bu, Yer kürəsinin oxunun fırlanması ilə əlaqədardır. Hazırda küləyin olmaması səbəbindən hava isti keçir. Fikrimcə, isti hava şəraiti 1 həftə davam edəcək və bazar ertəsindən sərinlik başlayacaq”.

Избранный
24
18
veteninfo.az

10Источники