RU

Özbəkistan XİN: Əfqanıstan Mərkəzi və Cənubi Asiya arasında körpü olmalıdır

Özbəkistan Əfqanistanla logistika və enerji də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Bakues.az xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov Kabulda Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Həsən Axundla görüşündə bildirib.

“Özbəkistan infrastruktur, logistika, enerji və təhsil sahəsində əməkdaşlığı gücləndirməyə hazırdır. Hesab edirik ki, Əfqanıstan Mərkəzi və Cənubi Asiya arasında körpü rolunu oynamalıdır”, – B.Saidov qeyd edib.

Tərəflər, həmçinin ticarətin genişləndirilməsi, humanitar əməkdaşlıq və iyulun 17-də imzalanmış “Özbəkistan-Əfqanıstan-Pakistan” Trans-Əfqan dəmir yolu xəttinin tikintisi haqqında Çərçivə Sazişi də daxil olmaqla əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

B.Saidov qeyd edib ki, bu strateji əhəmiyyətli dəhliz ticarətin genişləndirilməsi, Əfqanıstanın iqtisadi dirçəlişinin dəstəklənməsi və cənub limanları vasitəsilə dünya bazarlarına çıxış üçün yeni imkanlar açacaq.

Избранный
51
3
icma.az

10Источники