RU

Kürəkən-qayın arasındakı dava qanla nəticələndi

Goranboyda qohumları arasında baş verən dava qanla bitib.

"Unikal"ın məlumatına görə, hadisə Kəlbəcər rayon sakinlərinin məskumlaşdığı rayonun Qaraçinar kəndində baş verib.

Belə ki, həmin kənddə məskunlaşmış Kəlbəcər rayon məcburi köçkünü olan 1994-cü il təvəllüdlü Z.Oruclunun evinə Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini 1993-cü il təvəllüdlü F.Qəhramanlı gəlib.

Bu zaman tərəflər arasında dava düşüb. Dava zamanı Z.Oruclu münaqişə zəminində qohumu, 1993-cü il təvəllüdlü F.Qəhrəmanlıya bıçaqla əlindən xəsarət yetirib.

Hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, F.Qəhrmanlının həyat yoldaşı evdən küsərək qardaşı Z.Oruclunun evinə gəlib. Bundan sonra F.Qəhramanlı Qaraçinar kəndinə gedərək həyat yoldaşını aparmaq istəyib.

Elə bundan sonra qohumlarların arasında mübahisə düşüb.  Nəticədə hər ikisi bir-birinə xəsarət yetiriblər.

Faktla bğlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Əhmədov  

Избранный
110
unikal.az

1Источники