RU

Bu ölkədə keşiş skandalı: Milyonlarla dollarlıq seks işi araşdırılır - FOTO

Taylandda 13 keşişi tələyə salıb şantaj edən qadın həbs edilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Taylandda Wilawan Emsawat (35) cinsi əlaqə qadağan edilən 13 buddist keşişlə münasibətdə olub.

Cinsi əlaqə zamanı gizli şəkildə onları kameraya çəkən qadın daha sonra keşişləri hədələyərək pul istəyib.

Qadın Banqkokdakı Wat Tri Thotshathep Worawihan məbədinin abbatı Phra Thep Waçirapamoka ondan hamilə qaldığını deyib və 233 min dollar tələb  edib. Abbat pulu vermədiyi üçün qadın onu ifşa edib. 53 yaşlı din xadimini isə ifşa olunduqdan sonra keşişlikdən imtina edib və Laosa qaçıb.

Elə hər şey də keşişin qaçması ilə üzə çıxıb.

Polis araşdırmalara başlayıb. 

Emsavat şantaj, çirkli pulların yuyulması və oğurlanmış malların alınması ittihamı ilə saxlanılıb. 

Polis onun telefonunda Buddist rahiblərlə cinsi əlaqədə olan çoxsaylı videolar tapıb. Görüntülərdən bəzilərində rahiblərin dini paltarları ilə cinsi əlaqədə olduqları əks olunub.

Görüntülərdə müəyyən edilən 13 rahibdən 9-u keşişlikdən qovulub.

Emsavat rahiblərdən ən azı 11,7 milyon dollar toplayıb.

Qadına verilən pulların məbəd fondları və milyonlarla dollarllıq maliyyə korrupsiyası ilə bağlı olub-olmadığı araşdırılır.

Qeyd edək ki, buddist rahiblərə cinsi əlaqədə olmaq qəti qadağandır. Theravada Buddizmində rahiblər subaylıq və cinsi əlaqədən çəkinməyə and içirlər. Bu əhdi pozmaq böyük dini pozuntu hesab olunur.

Billurə Yunus

Избранный
130
3
olke.az

4Источники