Tailandda 35 yaşlı qadın Buddist rahiblərlə cinsi əlaqədə olmaq, gizli şəkildə lentə aldığı görüntülərlə onları şantaj etmək ittihamı ilə həbs edilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Vilavan Emsavat adlı qadının mobil telefonunda cinsi əlaqəgörüntüləri tapıldıqdan sonra 9 rahib monastırdan qovulub.
Polis son üç ildə rahiblər tərəfindən Emsavatın bank hesablarına 11,9 milyon dollar köçürüldüyünü aşkar edib. Hadisə baş rahib Arçın Emsavat tərəfindən şantaj edildikdən sonra Laosa qaçması ilə üzə çıxıb.
Emsavat 13 rahiblə cinsi əlaqədə olmaqda və çirkli pulların yuyulmasında ittiham olunur.