RU

İlon Mask Trampı müdafiə etdi

SpaceX-in qurucusu İlon Mask Donald Trampın 2003-cü ildə Cefri Epşteynə guya göndərdiyi məktubun həqiqiliyinə şübhə ilə yanaşıb.

AzPost xəbər verir ki, Mask sosial şəbəkə “X”də paylaşım edərək həmin məktubun üslubunun Trampın danışıq tərzinə uyğun olmadığını bildirib.

“Dürüst desəm, bu Trampın deyəcəyi bir şeyə oxşamır”, – deyə milyarder qeyd edib. Bu açıqlama ilə o, dolayısı ilə ABŞ prezidenti Donald Trampın mövqeyini dəstəkləyib.

Qeyd edək ki, Donald Tramp bu məsələ ilə bağlı artıq “The Wall Street Journal”, onun sahibi olan “NewsCorp” media holdinqi və Rupert Merdoka qarşı məhkəmə iddiası qaldıracağını bəyan edib.

Jurnalın iddiasına görə, Tramp Epşteynin əlli yaşı münasibətilə ona çılpaq qadın rəsmi hədiyyə edib və həmin rəsmin üzərinə “Ad günün mübarək – qoy hər gün başqa bir gözəl sirrə çevrilsin” sözlərini yazıb.

AzPost.az

Избранный
24
azpost.info

1Источники