RU

ABŞ prezidentindən qalmaqallı açıqlama - MƏHKƏMƏYƏ VERİR

ABŞ-nin prezidenti Donald Tramp "Wall Street Journal" qəzetinə, onun sahibi "NewsCorp" şirkətinə və media maqnatı Rupert Merdoka qarşı məhkəmə iddiası hazırlayır. Buna səbəb qəzetin Ceffri Epşteynin 50 illiyinə yazılmış təbriklər haqqında yayımladığı materialdır.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən yazıda Trampın da Epşteynə məktub göndərdiyi iddia olunur. Qəzet yazır ki, həmin məktublar Epşteynin yaxın dostu olan Gisleyn Maksvel tərəfindən 2003-cü ildə toplanıb. Xatırladaq ki, Maksvel 2022-ci ildə yetkinlik yaşına çatmayan qızları Epşteyn üçün cəlb etməkdə təqsirli bilinərək 20 il həbs cəzası alıb.

Tramp bu iddialara "Truth Social" platformasında reaksiya verib. O bildirib ki, həmin məktubu heç vaxt yazmayıb və jurnalın rəhbərliyini xəbərdar edib ki, bunu yayımlamasınlar, çünki məktub saxtadır. Tramp həmçinin qeyd edib ki, məktub gerçək olsaydı, onu illər əvvəl siyasi opponentləri üzə çıxarardı. Toyuqlu pizza

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə həbsdə olarkən ölü tapılıb. Rəsmi versiyaya görə, o, intihar edib.

Əsmətxanım


Telegram kanalımız
Избранный
37
yenisabah.az

1Источники