RU

FİLM KİMİ CİNAYƏT: 11 il gizlənəndi, qohumunun sənədlərindən istifadə etdi

İnquşetiyada 11 il saxta adla gizlənən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk ö məlumat verib.

Hələ 2014-cü ildə Maqadan vilayətində bir şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə cinayət işi açılıb. O, hüquq-mühafizə orqanlarından gizlənmək üçün rayonu tərk edib.

Bu ilin iyun ayında polis əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində fərarinin İnquşetiya Respublikasında mümkün yerləşdiyi yeri müəyyən ediblər. Bütün bu müddət ərzində o, qohumunun sənədlərindən istifadə edib, əmək münasibətlərini rəsmiləşdirməyib və dövlət qurumları ilə əlaqə saxlamayıb.

İşgüzar səfərdə olan əməliyyatçılar, Maqadan vilayəti üzrə Rosqvardiya əməkdaşlarının və Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin əməkdaşlarının güclü dəstəyi ilə şübhəli şəxsi saxlayıb, sonra isə o, nəzarətə götürülüb.

Избранный
29
publika.az

1Источники