AĞDAŞ, 18 iyul. TELEQRAF
Ağdaşda yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarındarayonunNehrəxəlil kəndi ərazisində baş verib.
"Vaz 2106" və "Vaz 2107" markalı maşınların toqquşması nəticəsində iki nəfər yaralanıb.Onlar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.