"Liverpul" transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, klub Huqo Ekitike ilə anlaşıb.
Bu barədə məlumatı tanınmış insayder Fabrizio Romano yayıb.
Xəbərdə bildirilir ki, ingilislər futbolçu üçün "Ayntraxt Frankfurt"a rəsmi təklif göndərib.Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, futbolçu bundan əvvəl "Nyukasl"ın təklifini rədd etmişdi.
Kamil Xudiyev