Türkiyənin milli müdafiə naziri Yaşar Güler iyulun 17-də Ankarada Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burxardın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Operativ Media Türkiyənin Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Tyerri Burxar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakın dəvəti ilə Ankaraya səfər edib.
Görüşlər həm məhdud, həm də geniş tərkibdə mətbuata qapalı formatda keçirilib.