RU

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub (FOTO)

Bakı. Trend:

İyulun 17-də Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş ƏrəbƏmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd ObeydAbuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbərverir ki, görüşdə Azərbaycan Respublikası və Birləşmiş ƏrəbƏmirlikləri arasında strateji tərəfdaşlıq xarakteri daşıyanmünasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub.

Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinBirləşmiş Ərəb Əmirliklərinə son səfərinin və hər iki ölkənindövlət başçılarının iştirakı ilə imzalanmış “AzərbaycanRespublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökumətiarasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlıəlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığıxüsusilə vurğulanıb.

Son illər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləriarasında iqtisadiyyat, nəqliyyat, enerji, mədəniyyət sahələrində vədigər sahələrdə münasibətlərin davamlı və dinamik inkişaf etdiyivurğulanıb. BƏƏ şirkətlərinin Azərbaycanda alternativ vəbərpaolunan enerji mənbələrində istifadə sahəsində bir sıra uğurlulayihələr icra etdiyi bildirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinrəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçiriləngenişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyidiqqətə çatdırılıb. Görülmüş işlərin nəticəsi olaraq artıq keçmişməcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqlarıbildirilib. Eyni zamanda, Birləşmiş Ərəb ƏmirliklərininAzərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinəgöstərdiyi maliyyə dəstəyinə görə BƏƏ-yə təşəkkür ifadə edilib.

Həmçinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizəüzrə Komissiyasının və Birləşmiş Ərəb Əmirliklərinin HesablamaQurumunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsindəgörülmüş işlər, institusional islahatlar, qanunvericilik bazasınıntəkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətindəhesabatlılığın və məsuliyyətin artırılması istiqamətində görüləntədbirlər və həmin sahələr üzrə ikitərəfli və beynəlxalqəməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafındada fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
70
40
az.trend.az

10Источники