AZ

Samir Nuriyev BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşüb - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd Obeyd Abuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfərinin və hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı xüsusilə vurğulanıb.

Seçilən
69
37
mia.az

10Mənbələr