Qazaxda gölə yıxılan kişi boğularaq ölüb.Metbuat.az Report-a istinadən xəbər verir ki, Qazax rayon sakini, 1957-ci il təvəllüdlü Əli Rəhimov nəvələri ilə gəzərkən ayağı anidən sürüşüb və İncəçayından gələn su dəryaçasına düşüb. Nəticədə kişi orada boğularaq ölüb.Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.