AZ

Bakıda üçəmlərdən ikisi xəstəxanada öldü, valideyn həkimləri günahlandırır

Bakıda dünyaya gələn üçəmlərdən ikisi doğulduqları tibb müəssisəsində ölüb...

Poliqon Teleqraf.com-a istinadla xəbər verir ki, valideynlər uşaqların ölümündə həkim səhlənkarlığını və qeyri-rəsmi pul tələblərini səbəb göstərirlər.

Şikayətçi Nərgiz Əmirova bildirib ki, 2025-ci il iyunun 24-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeysəriyyə əməliyyatı ilə üç oğlan övladı dünyaya gətirib. Doğuşdan sonra körpələr küvəzə yerləşdiriliblər.

Valideynin sözlərinə görə, körpələrdən biri doğuşdan 7 gün sonra iyulun 1-də, digəri isə iyulun 7-də ölüb. Hazırda yalnız bir uşaq - Əbülfəz sağdır və başqa bir xəstəxanada müalicə alır.

Nərgiz Əmirova iddia edir ki, doğuş üçün xəstəxanaya əvvəlcədən 2 500 manat ödəniş edib. Daha sonra şöbə müdirinin müavini Gülmira Məmmədzadə tərəfindən küvəzdə saxlanılan uşaqlara görə ondan əlavə 5 000 manat pul alınıb.

İddiaya görə, küvəzdəki uşaqlara göstərilən tibbi xidmətlə bağlı həkimlər məsuliyyəti boyunlarından atıblar.

Məsələ ilə bağlı xəstəxananın şöbə müdiri Rüstəm Hüseynov məlumat verib ki, körpələrin ölümü vaxtından əvvəl doğulmaları, infeksiyalar və digər tibbi fəsadlarla bağlıdır.

Onun sözlərinə görə, müvafiq tibbi müayinələrin nəticələri hazır olduqdan sonra dəqiq səbəblər açıqlanacaq.

Hazırda faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info

 

 

 

 

 

Seçilən
4
6
poliqon.info

7Mənbələr