RU

İraqdakı yanğında ölənlərin sayı 63-ə çatıb - YENİLƏNİB

İraqın şərqindəki Kut şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 63-ə çatıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, ən azı 40 nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, həlak olanlardan 59-nun şəxsiyyəti müəyyən edilib.

09:53

İraq Bağdadın cənubunda Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında həlak olan təxminən 50 nəfərin xatirəsinə üçgünlük matəm elan edib.

"Report" “Aljazeera”ya istinadən xəbər verir ki, bu barədə Vasit vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Mayya bildirib.

"Biz yanğın nəticəsində təxminən 50 nəfəri itirdik. Səlahiyyətli orqanlar yanğının səbəblərini araşdırmağa davam edir, ilkin nəticələr tam şəffaflıq təmin edilməklə 48 saat ərzində ictimaiyyətə açıqlanacaq", - o vurğulayıb.

Vasit polis komandanlığı hipermarketdəki yanğını söndürmək üçün əyalətin mülki müdafiə qüvvələrinin tam səfərbərliyini elan edib.

"Cebheinfo.az"

Избранный
27
6
cebheinfo.az

10Источники