RU

Bakıda Ali Audit Orqanlarının Asiya Təşkilatının İdarə Heyətinin 62-ci iclası keçirilir

Bakı. Trend:

Bakıda Ali Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) İdarəHeyətinin 62-ci iclası keçirilir.

Trend xəbərverir ki, tədbir Azərbaycan Respublikası Hesablama Palatasının evsahibliyi ilə baş tutur.

Məlumata görə, həmçinin ASOSAI və ARABOSAI (Ali AuditOrqanlarının Ərəb Təşkilatı) təşkilatlarının birgə toplantısınınkeçirilməsi də nəzərdə tutulub.

Hər iki tədbirdə ali audit orqanlarının rəhbərlərinin vənümayəndə heyətlərinin iştirakı gözlənilir.

Tədbirlərdə dövlət auditi sahəsində aktual mövzular, o cümlədən"İqlim dəyişikliyinə audit vasitəsi ilə reaksiya” və "Auditlərdəsüni intellektin (AI) istifadəsi" mövzularında təqdimatlar olacaqvə müzakirələr aparılacaq.

Xəbər yenilənəcək

Məqalədə:
Избранный
37
18
az.trend.az

10Источники