Bakı, 17 iyul, AZƏRTAC
Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 63-cü toplantısı 2026-cı ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə bu gün Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci toplantısında qərar qəbul edilib.
Qərardan sonra Astana şəhəri barəsində videoçarx nümayiş olunub.