Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” səfərdə “Çelye”nin qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə Sloveniya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
İki matçın cəmində üstün olan tərəf 2-ci turda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
17 iyul
UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
22:00.“Çelye” (Sloveniya) – “Sabah” (Azərbaycan)
İlk oyun – 3:2
Hakimlər: Draqomir Draqanov, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan)
“Selye” stadionu