RU

Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO


Türkiyə və ABŞ-ın səyləri nəticəsində iyulun 13-də Suriyanın cənubundakı Sveyda əyalətində bədəvi ərəb qəbilələri ilə druz silahlı qrupları arasında başlayan qarşıdurmada atəşkəs əldə edilib.

Sveyda bölgəsində atəşkəsdən sonra Suriya ordusuna bağlı qüvvələrin bir hissəsi bölgədən çəkilməyə başlayıb.

Qeyd edək ki, iyulun 13-də Sveyda əyalətində bədəvi ərəblərlə druz silahlı qrupları arasında kiçik miqyaslı toqquşmalar baş verib. Ardınca bölgəyə yerləşdirilən Suriya təhlükəsizlik qüvvələrinə druz qruplarının hücumları nəticəsində onlarla əsgər həlak olub.

Təhlükəsizlik qüvvələri ilə yerli druz silahlı qrupları arasında artan toqquşmalardan sonra tərəflər arasında atəşkəs əldə edilib. Ancaq atəşkəs qısa müddətdə pozulub və bu dəfə druzların müdafiəsinə qalxan İsrail ordusu Suriya təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar həyata keçirib.

Dünən İsrail hərbi hava qüvvələri paytaxt Dəməşqdə Suriya prezidentinin iqamətgahına, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarına zərbələr endirib.

Bu arada, Sveyda əyalətində bazar günündən bəri davam edən qarşıdurmalarda ölənlərin sayı 300-ü ötüb.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bazar günü başlayan qarşıdurmalardan bəri 69 druz döyüşçüsü və 40 mülki şəxs həlak olub. 27 mülki vətəndaşın Müdafiə və Daxili İşlər Nazirliyinə bağlı qüvvələrin əməliyyatı zamanı öldürüldüyü bildirilir.

Bundan əlavə, 165 hökumət qüvvələri və 18 bədəvi döyüşçü həlak olub. İsrailin Sveyda bölgəsinə təşkil etdiyi hücumlarda hökumətin təhlükəsizlik qüvvələrinin 10 əməkdaşının öldüyü də bildirilib.

Suriya Səhiyyə Nazirliyi İsrail ordusunun Dəməşqdəki ordu və Müdafiə Nazirliyinin qərargahını hədəf alan hücumları nəticəsində 1 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını açıqlayıb.

İsrail Dəməşqdə Müdafiə Nazirliyinin binasının bombalanmasının görüntülərini də yayıb.

TAHİR

Избранный
19
baki-xeber.com

1Источники