RU

Kəngərli kəndinə qayıdan sakin: Yeni evimizdə xoşbəxt və firavan yaşayacağıq

“Bundan sonra Ağdamın Kəngərli kəndindəki yeni evimizdə xoşbəxt və firavan yaşayacağıq”.

“Report” xəbər verir ki, bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Teyyub Ağayev söyləyib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Qələbə qazandığını diqqətə çatdıran Teyyub Ağayev onların sayəsində öz doğma yurdlarına qayıtdıqlarını qeyd edib:

“Allah bu günü bizə yaşadan Prezident İlham Əliyevə cansağlığı versin. Mən şəhidlərimizə rəhmət, qazilərə sağlamlıq diləyirəm. Onların sayəsində Qarabağımız düşmən tapdağından azad edilib. Keçmiş məcburi köçkünlər sevinc hissi ilə doğma yurdlarına dönürlər”.

Избранный
38
48
report.az

10Источники