RU

Vyetnam-Azərbaycan Biznes Şurasının ilk iclası və biznes forum keçirilib (FOTO)

Bakı. Trend:

Vyetnam Sosialist Respublikasının Hanoy şəhərindəVyetnam-Azərbaycan Biznes Şurasının 1-ci iclası və biznes forumkeçirilib. Azərbaycanın Vyetnamdakı Səfirliyinin dəstəyi, VyetnamınMilli Sahibkarlıq Assosiasiyasının (VINEN), Kiçik və Orta Biznesinİnkişafı Agentliyinin (KOBİA) və İxracın və İnvestisiyalarınTəşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı iləkeçirilmiş tədbir İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıqüzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclasıərəfəsində baş tutub.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, eləcə də qida, kəndtəsərrüfatı, sənaye, tekstil, nəqliyyat-logistika, pambıqçılıqsektorlarında fəaliyyət göstərən iş adamları və biznesassosiasiyaların nümayəndələri iştirak edib.

Tədbir Vyetnam və Azərbaycanın dövlət himnlərininsəsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan-Vyetnam əlaqələrinədair film nümayiş olunub.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamınsənaye və ticarət nazirinin müavini Nguyen Hoanq Lonq tədbirdəkiçıxışlarında iki ölkə arasında iqtisadi-ticarət əlaqələri,hökumətlərarası komissiya çərçivəsində görülən işlər və əməkdaşlıqimkanları barədə fikirlərini bölüşüb, müxtəlif sahələrdə əlaqələrininkişafından məmnunluqlarını ifadə ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iki ölkəarasında ticarət, investisiya və işgüzar əlaqələr, eləcə dəAzərbaycanın əlverişli investisiya mühiti, potensial əməkdaşlıqimkanları barədə məlumat verərək, tərəfdaşlığı konkret nəticələrəçevirmək üçün qarşılıqlı dəstəyin önəmini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2025-ci ildəyaradılmış Azərbaycan-Vyetnam Biznes Şurasının fəaliyyətinin həriki ölkənin sahibkarlarının təşəbbüslərinin dəstəklənməsinə, işadamları arasında əlaqələrin qurulmasına, bu məqsədlə qarşılıqlısəfərlərin və birgə tədbirlərin təşkilinə fokuslanacağınıvurğulayıb, iş adamlarını biznes şura ilə sıx əməkdaşlığa dəvətedib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyintəşəbbüsü və dəstəyi ilə Azərbaycan-Vyetnam işgüzar əlaqələriningücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O,xüsusilə yüngül sənaye və tekstil sektoru üzrə əməkdaşlığıngenişləndirilməsi məqsədilə sahibkarlar arasında əlaqələndirməprosesində AZPROMO-nun aktiv rolunu diqqətə çatdırıb.

VINEN-in prezidenti Dinh Viet Hoa bildirib ki, sahibkarlıqsahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensial var vəVyetnam-Azərbaycan Biznes Şurası mövcud imkanlardan istifadəetməklə iş adamları arasında birbaşa və səmərəli əlaqələrinqurulmasına dəstək olacaq. Qeyd edilib ki, Biznes Şura çərçivəsindəhəyata keçiriləcək tədbirlər ölkələrimiz arasında qarşılıqlısərmayə qoyuluşuna, ticarət əlaqələrinin genişləndirilməsinə vəbirgə layihələrin reallaşdırılmasına öz töhfəsini verəcəkdir.

Tədbir çərçivəsində Azərbaycanın Bərpa Olunan Enerji MənbələriDövlət Agentliyi ilə Vyetnamın “Rox Group” Səhmdar Cəmiyyəti,AZPROMO və VINEN, Azərbaycanın “GP Cotton Holdings” şirkəti iləVyetnamın “Phong Phu Corporation” şirkəti arasında əməkdaşlığa dairanlaşma memorandumları, eləcə də Azərbaycanın “Fresh-Meat” vəVyetnamım “Thong Vu JSC. CO”, “ANC Group LLC” ilə "Seven Centre"şirkətləri arasında əməkdaşlıq barədə niyyət protokollarıimzalanıb.

Tədbir müxtəlif mövzularda panel müzakirələr və B2B görüşlərlədavam edib. Bu hissədə Azərbaycanın Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, ƏlətAzad İqtisadi Zonasının Səlahiyyətli Qurumu, Vyetnamın Sənaye vəTexnologiyalar Nazirliyi, VINEN, İdxal və İxrac Departamentitərəfindən müvafiq qurumların fəaliyyətinə və əməkdaşlıqimkanlarına dair çıxış və təqdimatlar edilib.

Vyetnam-Azərbaycan
Vyetnam-Azərbaycan
Vyetnam-Azərbaycan
Vyetnam-Azərbaycan
Vyetnam-Azərbaycan
Vyetnam-Azərbaycan
Vyetnam-Azərbaycan
Vyetnam-Azərbaycan
Vyetnam-Azərbaycan
Vyetnam-Azərbaycan
Vyetnam-Azərbaycan
Избранный
165
43
az.trend.az

10Источники