RU

Azərbaycanı Monqolustandakı Böyük Dəbilqə turnirində təmsil edəcək cüdoçular müəyyənləşib

25–27 iyulda Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunacaq Böyük Dəbilqə turnirində Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib.

"Report" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.

Beynəlxalq Cüdo Federasiyası Dünya Turunun bu mərhələsində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Kişilər

-60 kq

Balabəy Ağayev
Turan Bayramov

-66 kq

Elşən Əsədov

Qeyd edək ki, üç gün davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək.

Избранный
128
7
report.az

10Источники