RU

Slutski Çin klubu ilə müqavilə yenilədi

Tanınmış mütəxəssis Leonid Slutski "Şanxay Şenxua" ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı Çin klubunun mətbuat xidməti yayıb.

Rusiyalı çalışdırıcı müddəti 2027-ci ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.

Qeyd edək ki, Slutski 2024-cü ilin yanvarından indiki postundadır. O, "Şanxay Şenxua" ilə iki dəfə (2024, 2025) Çin Kubokunun qalibi olub.

Nihat

Избранный
39
fanat.az

1Источники