RU

ABŞ-nin ticarət danışıqları nə yerdədir?

AzVision.az xəbər verir ki, Donald Tramp Vaşinqtonun Avropa İttifaqı (Aİ) ilə danışıqlar apardığını və irəliləyişə nail olduğunu deyib.

ABŞ prezidenti faktiki olaraq razılaşmaların əldə olunduğunu iddia edir. O, həmçinin Vaşinqtonun Aİ ölkələrindən mal idxalına rüsumlar tətbiq etməsi ilə bağlı Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə göndərdiyi bildirişi“Aİ ilə razılaşma”adlandırıb.

Donald Tramp, bundan əlavə, İndoneziyanın öz bazarını ABŞ üçün tam açdığını da söyləyib.

“Bizim İndoneziyaya - hər şeyə tam çıxışımız var. Bildiyiniz kimi, İndoneziya mis istehsalında güclü mövqeyə malikdir, lakin bizim bütün sektorlara tam çıxışımız olacaq və biz heç bir tarif ödəməyəcəyik. İndoneziyadan ABŞ-yə gələn mallara isə 19% rüsum qoyulacaq”,- Ağ Evin rəhbəri jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ticarət sazişinin bir hissəsi kimi İndoneziya ABŞ-dən 15 milyard dollarlıq enerji resursları, 4,5 milyard dollarlıq kənd təsərrüfatı məhsulları və 50 ədəd “Boeing” təyyarəsi alacaq.

Sahil İsgəndərov
AzVision.az
Избранный
148
50
azvision.az

10Источники