UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi Albaniya çempionu “Eqnatiya” səfərdə “Breydablik”lə üz-üzə gəlib. Komanda görüşdən böyükhesablı məğlubiyyətlə ayrılıb – 0:5.
“Eqaniya” ilk matçda rəqibini 1:0 hesabı ilə məğlub etsə də, iki oyunun nəticəsinə görə turnirlə vidalaşıb.
Zamiq də bu oyunun iştirakçısı olub. O, qarşılaşmanın 43-cü dəqiqəsində, hesab 0:4 olarkən meydana buraxılıb.
Xatırladaq ki, bu gün Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri – “Linfild”lə (Şimali İrlandiya) “Şelburn” (İrlandiya) də üz-üzə gələcəklər.