AZ

Əliyevin komandası darmadağın oldu, ÇL ilə vidalaşdı 

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi Albaniya çempionu “Eqnatiya” səfərdə “Breydablik”lə üz-üzə gəlib. Komanda görüşdən böyükhesablı məğlubiyyətlə ayrılıb – 0:5. 

“Eqaniya” ilk matçda rəqibini 1:0 hesabı ilə məğlub etsə də, iki oyunun nəticəsinə görə turnirlə vidalaşıb. 

Zamiq də bu oyunun iştirakçısı olub. O, qarşılaşmanın 43-cü dəqiqəsində, hesab 0:4 olarkən meydana buraxılıb.

Xatırladaq ki, bu gün Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri – “Linfild”lə (Şimali İrlandiya) “Şelburn” (İrlandiya) də üz-üzə gələcəklər.

Seçilən
72
idmanxeber.az

1Mənbələr