Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycanın gənc cüdoçuları Nabranda təlim-məşq düşərgəsində iştirak edirlər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Baş məşqçi Rüstəm Alimli və məşqçi Elxan Rəcəblinin rəhbərlik etdiyi toplanışda əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəlib.
Hazırlığın növbəti mərhələsi avqustun 11-dən 23-dək Qubada keçiriləcək.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qitə birinciliyi sentyabrın 4-dən 7-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.