"Mançester Siti" klubu "Puma" şirkəti ilə yeni müqavilə imzalayıb.Metbuat.az xəbər verir ki, yeni müqavilənin ümumi dəyəri 1 milyard funt sterlinqdir. Bildirilir ki, yeni müqavilə 10 il müddətinə imzalanıb. Klub bu sövdələşmədən hər il 100 milyon funt sterlinq qazanacaq. Bu məbləğ İngiltərə klubları arasında rekord məbləğdir. Bundan əvvəlki müqavilədə "Mançester Siti" ildə 65 milyon funt sterlinq qazanırdı.Qeyd edək ki, bundan əvvəlki rekord "Mançester Yunayted" klubuna məxsus idi. "Adidas" şirkəti ilə 2023-cü ildə imzalanan 10 illik müqaviləyə əsasən "Mançester Yunayted"in 900 milyon funt sterlinq qazanc əldə etməsi nəzərdə tutulub.