AZ

"Mançester Siti"dən 1 milyardlıq müqavilə

BAKI, 15 iyul. TELEQRAF

İngiltərənin "Mançester Siti" klubu "Puma" ilə sponsorluq müqaviləsini yeniləyib.

Teleqraf xəbər verir ki, tərəflər arasında imzalanan müqavilə 10 il müddətinə nəzərdə tutulub.

Sözləşmə Mançester təmsilçisinə ildə 100 milyon funt-sterlinq (təxminən 229 milyon manat) qazandıracaq. "Puma" ilə əvvəlki müqavilə "şəhərlilər"ə illik 65 milyon funt-sterlinq qazandırırdı.

İllik 100 milyon funt-sterlinq və müqavilə dəyəri 1 milyard funt-sterlinq İngiltərə futbolu üçün rekord məbləğdir. 2023-cü ildə "Mançester Yunayted" "Adidas"la 10 il ərzində 900 milyon funt-sterlinq, "Liverpul" isə eyni istehsalçı ilə hər mövsüm üçün 60 milyon funt-sterlinq qarşılığında müqavilə imzalayıb.

Seçilən
56
1
teleqraf.com

10Mənbələr