Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.
Sfera.az xəbər verir ki, bu haqda “Ural.News” məlumat yayıb.
Qeyd edilib ki, guya o, iyulun 1-də Şahin Şıxlinski saxlanılarkən xüsusi təyinatlı əsgərlərdən birini “Gelandewagen” markalı avtomobillə vurub.
Xatırladaq ki, Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski iyulun əvvəli Yekaterinburqda vəhşicəsinə saxlanılmışdılar.