AZ

Şahin Şıxlinskinin oğlu yenə saxlanıldı

Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu haqda “Ural.News” məlumat yayıb.
Qeyd edilib ki, guya o, iyulun 1-də Şahin Şıxlinski saxlanılarkən xüsusi təyinatlı əsgərlərdən birini “Gelandewagen” markalı avtomobillə vurub.
Xatırladaq ki, Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski iyulun əvvəli Yekaterinburqda vəhşicəsinə saxlanılmışdılar.

Seçilən
13
5
avtosfer.az

10Mənbələr