RU

Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestri yaradılacaq

Bakı. Trend:

“Tütün məmulatının idxalını və istehsalını həyata keçirənsahibkarlıq subyektlərinin Reyestrinin Əsasnaməsi” təsdiqedilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Qərara əsasən, bu Əsasnamə tütün məmulatının idxalını vəistehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin(bundan sonra – Reyestr) fəaliyyətinin hüquqi, təşkilati vətexnoloji əsaslarını müəyyən edir.

Reyestr rəqəmsal texnologiyalardan, o cümlədəninformasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilətütün məmulatının idxalının və istehsalının həyata keçirilməsifəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrininoperativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilənxidmətlərin, həmin informasiya ehtiyatlarında və sistemlərindəsaxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edəndövlət informasiya ehtiyatıdır. Reyestrdə tütün məmulatınınidxalının və istehsalının həyata keçirilməsi məqsədilə qeydiyyataalınmış sahibkarlıq subyektləri, eləcə də qeydiyyatındayandırılması, bərpa edilməsi, yenidən rəsmiləşdirilməsi və ləğvibarədə məlumatlar əks olunur.

Reyestrin aparılmasının məqsədi tütün məmulatının idxalını vəistehsalını həyata keçirən sahibkarlıq subyektləri ilə bağlı dövlətidarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrətəhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından vəgöstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindənibarətdir.

Reyestrdə yaradılan, əldə edilən, toplanılan informasiya vəelektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

Reyestrdən istifadə ödənişsizdir və Reyestrin fəaliyyətinintəşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclərdövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabınamaliyyələşdirilir.

Reyestrin sahibi və operatoru tütün məmulatının idxalını vəistehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatınıaparan İqtisadiyyat Nazirliyidir.

Reyestrdəki məlumatlar lisenziyaların və icazələrin vahidreyestrinə inteqrasiya olunur.

Qərarla həmçinin “Tütün məmulatının idxalını və istehsalınıhəyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması,tütün məmulatının idxalını və istehsalını həyata keçirənsahibkarlıq subyektlərinin Reyestrinin aparılması Qaydası” təsdiqedilib.

Bu Qayda tütün məmulatının idxalını və istehsalını həyatakeçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və tütünməmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıqsubyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) aparılması iləbağlı məsələləri tənzimləyir.

Bu Qaydada istifadə olunan əsas anlayışlar Qanun və AzərbaycanRespublikasının digər normativ hüquqi aktları ilə müəyyən olunmuşmənaları ifadə edir.

Qeydiyyata alınma və Reyestrin aparılması İqtisadiyyat Nazirliyi(bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

Избранный
103
az.trend.az

1Источники