RU

Çimərliklərə gedişlə bağlı YENİLİK: İstiqamət belə ola bilər – 5 metrostansiya və…

Yay aylarında şəxsi avtomobillərlə çimərliklərə kütləvi axın həm tıxaclara, həm də ekoloji problemlərə yol açır. Təklif edilir ki, bunun qarşısını almaq üçün həftəsonları "Azadlıq", "Gənclik", "Koroğlu", "Qara Qarayev", "Neftçilər" kimi metro stansiyalarından Novxanı, Sumqayıt, Nardaran, Zağulba, Kürdəxanı, Buzovna çimərlik zonalarına xüsusi avtobus marşrutları açılsın. Bildirilir ki, bu, həm ictimai nəqliyyatın əlçatanlığını artırar, həm də yolların yüklənməsinin qarşısını alar. Bəziləri isə ümumiyyətlə, çimərliklərə şəxsi maşınla getməyin qadağan edilməsini təklif edir.

Həftəsonları plyajlara şəxsi maşınla getməyin qarşını necə almaq olar?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, insanların şəxsi avtomobildən istifadəsinə birbaşa qadağa qoymaq hüquqi baxımdan mümkün deyil:

"Problemi yumşaltmaq üçün müxtəlif yollardüşünmək mümkündür. Məsələn, ictimai nəqliyyatı səfərbər edib plyajlara marşrut avtobusları təyin etmək olar. Yəni metro stansiyalarından - məsələn, "Azadlıq", "Gənclik", "Qara Qarayev", "Koroğlu" və "Neftçilər"dən sözügedən istiqamətə müntəzəm avtobus reysləri təşkil olunarsa, bu, şəxsi nəqliyyat vasitələrinin sayının azalmasına səbəb ola bilər".

ilqar

İlqar Hüseynli

Ekspert əlavə edib ki, bəzi hallarda yol nişanları vasitəsilə məhdudiyyətlərin tətbiqi mümkündür:

"Bəzi küçə və yolların girişində məlum saatlarda yük avtomobilləri üçün qadağa nişanları qoyulur. Eyni qayda ilə müəyyən ərazilərə şəxsi minik avtomobillərinin daxil olması da məhdudlaşdırıla bilər. Lakin bu məsələlər hüquqi müstəvidə və Dövlət Yol Polisi tərəfindən araşdırılmalıdır. İnzibati qadağalarla yox, rahat ictimai nəqliyyat və məlumatlandırma yolu ilə problemi tənzimləmək daha məqsədəuyğundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
2
olaylar.az

3Источники