"Səbail"in qapıçısı Hüseynəli Quliyev komandadan ayrılıb.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı kiper bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Onun Premyer Liqanın debütantı "İmişli"yə keçəcəyi gözlənilir.
Hüseynəli Quliyev 2022-ci ilin yayından "Səbail"də çıxış edirdi.