RU

Usik o döyüşdə qalib gəlsə, görün hara gedəcək

Ukraynalı boksçu Aleksandr Usık revanş döyüşündə britaniyalı Daniel Dyubua üzərində qələbə qazandıqdan sonra nə edəcəyini deyib.

Publika.az xəbər verir ki, Usik bu barədə Karl Força müsahibəsində deyib.

Usiklə Dyubua iyulun 19-da Londonda (Birləşmiş Krallıq) ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcəklər.

“Mən oxumağı sevirəm. Hər zaman maşında oxuyuram. Karaoke? Əlbəttə! Mən indi ora getmirəm, çünki Ukraynada bunu etmək indi çətindir. Bəzən həyat yoldaşımla restorana gedirik, amma indi karaokeyə getmirik. Dyubua ilə döyüşdə qalib gələndən sonra karaokeyə gedəcəm”, – Usik deyib.

Избранный
36
publika.az

1Источники