RU

Hindistanda çayda nəhəng balıq tora düşdü - FOTO

BAKI, 15 iyul. TELEQRAF

Hindistanın Odişa əyalətində balıqçılar nəhəng balıq tutublar.

Teleqraf “Kalinga TV”yə istinadən xəbər verir ki, böyük balıq Dxibara çayında tora düşüb.

Balıqçılar çəkisi təxminən 25 kilo olan balığı sudan çıxarıblar.

Çayda belə böyük balıqlara nadir hallarda rast gəlinir. Ona görə də yerli sakinlər tez bir zamanda sahilə toplaşıblar.

Nəhəng balığın Qantapada kəndi yaxınlığında peyda olması son günlər ştata yağan güclü yağışlarla əlaqələndirilə bilər. Yağan leysan çayda suyun səviyyəsini xeyli artırıb və bu, dərinliklərdən iri balıqların miqrasiyasına səbəb olur.

Избранный
30
teleqraf.com

1Источники