Şəmkirdə piyadanı avtomobil vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon Qaracəmirli kənd ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada, 1956-cı il təvəllüdlü Şöhrəddin Məmmədovu avtomobil vurub.
O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.