RU

Zelenski və Tramp arasında telefon danışığı oldu - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında məlumat yayıb.

“ABŞ Prezidenti Donald Trampla danışdım. Çox yaxşı bir söhbət oldu. Ukraynaya dəstək verməyə və birgə işləməyə hazır olduğu üçün ona təşəkkür edirəm. Məqsədimiz qətlləri dayandırmaq və davamlı, ədalətli sülhü təmin etməkdir”, - Zelenski qeyd edib.

O bildirib ki, Tramp NATO Baş katibi Mark Rutte ilə görüşü barədə məlumat verib:

“Əhəmiyyətlidir ki, bizim aramızda belə yaxşı münasibətlər var və Alyans ölkələri müdafiə xərclərini artırmağa çalışırlar.
 

Prezidentlə Ukraynanın insanlarını Rusiyanın zərbələrindən daha yaxşı qorumaq və mövqelərimizi gücləndirmək üçün lazım olan resursları və qərarları müzakirə etdik. Sülhə nail olmaq üçün maksimum dərəcədə məhsuldar işləməyə hazırıq. Daha tez-tez əlaqə saxlamaq və addımlarımızı koordinasiya etmək barədə razılığa gəldik.


Təşəkkür edirəm, cənab Prezident! Təşəkkürlər, Amerika!”


Bizim.Media

Избранный
82
50
bizim.media

10Источники