AZ

Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...


ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı heç bir irəliləyiş əldə olunmasa, Rusiyanın 50 gün ərzində sərt məhdudiyyətlərə məruz qalacağını açıqlayıb. Tramp bildirib ki, bu baş verərsə, Rusiyaya 100 faiz ikinci dərəcəli rüsumlar tətbiq edəcək.

Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra mətbuat konfransında Rusiyanın Ukrayna ilə bağlı mövqeyinin onu qane etmədiyini deyib. O, bildirib ki, Ukrayna ilə bağlı razılaşma çoxdan əldə edilməli idi, lakin hələ də danışıqlar gedir. Tramp deyib ki, Moskva və Vaşinqton 50 gün ərzində Ukrayna ilə bağlı razılığa gələ bilməsələr, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarından mallara 100 faizlik idxal rüsumları tətbiq edəcək: "Bu gün burada olmağımızın səbəblərindən biri də Rusiyadan çox narazı olmağımdır. Əgər 50 gün ərzində razılığa gələ bilməsək, çox yüksək tariflər tətbiq edəcəyik. Ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağıq. Amma indiyə qədər mənim eşitdiklərim yalnız danışmaq, danışmaq və daha çox danışmaq olub".

Tramp həmçinin bildirib ki, ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəliblər. Xərcləri Avropa ödəyəcək, Ukraynaya silah daşınması üçün pulu Avropa ödəyəcək. Amerika silahlarının Ukraynaya göndərilməsinin koordinasiyasını NATO və ABŞ-ın NATO yanında Daimi Nümayəndəliyi həyata keçirəcək.

“Biz bu gün razılığa gəldik... biz silahları təmin edəcəyik və onlar da ödəniş edəcəklər” - deyən Tramp ABŞ-ın bu göndərişlərə görə heç bir ödəniş etməyəcəyini vurğulayıb: “Biz satın almayacağıq, sadəcə istehsal edəcəyik və onlar ödəniş edəcəklər”.

Tramp bildirib ki, ABŞ-ın Ukraynaya yeni tədarükləri arasında “Patriot” hava hücumundan müdafiə sistemləri də yer alacaq. Hazırda 17 sistemin göndərilməsi imkanları nəzərdən keçirilir.

Tramp deyib ki, həll edə bilmədiyimiz yeganə məsələ Rusiya məsələsidir: “Mən bundan məmnun deyiləm. Ukrayna bununla bağlı nəsə etmək istəyir. Bu müharibə heç vaxt başlamamalı idi. Mən prezident olsaydım, bu baş verməzdi. Putinlə tez-tez görüşüb söhbət edərdik. Mən vəzifədə deyildim, hadisələri kənardan izləyirdim və müharibə olacağını deyirdim, amma Bayden bunun əksini dedi və müharibə başladı. 500-600 mindən çox insan həyatını itirdi. Bu problem 50 gün ərzində həll olunmasa, biz ikinci dərəcəli gömrük vergiləri tətbiq edəcəyik.

Sadəcə danışırıq raketlər isə Kiyevə gedir və buna son qoymaq lazımdır. Milyardlarla dollarlıq texnika NATO-ya veriləcək və döyüş meydanına göndəriləcək. Ukrayna haqqında nə istəsəniz deyin, şansları yox idi. Onların döyüş texnikası göndərməsəydik, şansları olmayacaqdı. Amma onların cəsarəti var və cəsarətlə döyüşürlər. Onların texnikası getdikcə azalır, Rusiya isə şəhərləri çoxsaylı pilotsuz təyyarələr və raketlərlə vurur. Rusiya bunu fəlakətə səbəb olmaq üçün edir və həm də infrastruktura hücum edir. Bunun Ukrayna və Rusiyaya təsiri olacaq. Ukrayna sülh istəyir və mən əminəm ki, onlar vədlərini pozmayacaqlar, lazım olanı edəcəklər. Hər iki tərəfdən çoxlu itkilər olub. Məncə, güclü və davamlı razılaşma olacaq".

TAHİR

Seçilən
55
20
baki-xeber.com

10Mənbələr