RU

Türkiyədə zəncirvari qəza: 5 nəfər ölüb

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda 2 minik avtomobili və 1 yük maşınının (TIR) iştirakı ilə zəncirvari qəza olub.

Bakupost.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Belə ki, TIR-dan düşən konteynerin toqquşduğu avtomobildəki 5 nəfərin hamısı ölüb. Yük maşının sürücüsü isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəza səbəbindən Ankara istiqamətində yolda qalın tıxac yaranıb.

"Cebheinfo.az" 

Избранный
53
8
cebheinfo.az

10Источники