RU

Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…


Rusiya müdafiə nazirinin sevgilisinə VİP gözəllik salonu xidməti ölkədə böyük səs-küyə səbəb olub.

Belə ki, müdafiə naziri Andrey Belousovun sevgilisi olduğu iddia edilən 23 yaşlı Mariya Şalaevanı Müdafiə Nazirliyinin 100 milyon dollarlıq ağır nəqliyyat təyyarəsində gözəllik salonuna aparması ilə bağlı iddialar ciddi müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə yayılan görüntülər Kremlə qarşı “dövlət resurslarından şəxsi məqsədlər üçün istifadə” ittihamlarına səbəb olub.

"The US Sun" xəbər verir ki, Mariya Şalaeva Müdafiə Nazirliyinin "İlyuşin-76" hərbi yük təyyarəsi ilə Rostov-na-Dona aparılıb. Bura həm də Rusiya ordusunun əsas qərargahlarından biri kimi tanınır.

Şalaeva sosial şəbəkədəki paylaşımlarında "Kim deyir ki, təyyarələr Rostova getmir, gedirlər, amma hamıya yox" deyərək diqqətləri üzərinə çəkib. O, “Yenidən Rostova uçdum” sözləri bu səfərin ilk səfər olmadığına da eyham vurub.

Şalaeva, üç yaşlı oğlu Timi də təyyarə ilə apardığını bildirib. O, "Tim uçuş boyu cizgi filmlərinə baxdı və pilotun çipslərini yedi. O, çox xoşbəxt idi" deyə bildirib.

Uşağın atası ilə bağlı heç bir məlumat açıqlanmır, lakin bu açıqlamalar onun şəxsi həyatı ilə bağlı yeni suallar doğurur.

Sözügedən görüntülərin yayılması Kreml üçün təhlükəsizlik risqi kimi qiymətləndirilir. Hərbi bloger Andrey Medvedev belə məlumatların Qərb kəşfiyyat agentlikləri üçün "qızıl dəyərində" ola biləcəyini deyib. İstefada olan general-mayor Vladimir Popov isə bildirib ki, bu birbaşa müdafiə nazirinə qədər uzana biləcək təhqiqat predmetinə çevrilə bilər.

TAHİR

Избранный
55
baki-xeber.com

1Источники