RU

Belarus Azərbaycan iqtisadiyyatına investisiyaları 3 dəfədən çox artırıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Belarusdan Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 807 min ABŞdolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə, sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 563 min ABŞ dolları və ya 3,3 dəfə artıb. 2024-cüilin ilk rübündə Belarusdan Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 244 min ABŞ dollarına bərabər olub.

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xariciinvestisiyaların ümumi həcmində Belarusdan yatırılaninvestisiyaların payı 0,1% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

Избранный
71
3
az.trend.az

10Источники