AZ

6 ayda 174,3 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edilib

Bu ilin yanvar-iyun aylarında ölkədən 174,3 milyon ABŞ dolları dəyərində 571 min tondan çox kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 37,6 faiz və ya 47,6 milyon dollar, həcm baxımından isə 7,9 faiz və ya 41,8 min ton çoxdur.

2025-ci ilin ilk 6 ayında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,35 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 9,94 faizə bərabər olub.

Seçilən
13
23
vergiler.az

10Mənbələr