RU

Xocalının Təzəbinə kəndinə ilk köçən ailələrə evlərin açarları təqdim olunub - Yenilənib

Xocalı rayonunun Təzəbinə kəndinə ilk köçən ailələrə evlərin açarları təqdim olunub...

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Xocalı rayonunun yenidən qurulan Təzəbinə kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər.

***

Doğma yurduna iyulun 14-də yola salınan köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, kənd sakinlərini qarşılama mərasimində Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər.

Təzəbinə kəndində daimi yaşayış üçün köçürülən ailələrin normal yaşayışı üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Poliqon.info

Избранный
32
16
poliqon.info

10Источники