RU

"Turan Tovuz" rəsmisi: "Traktor"la ötən il də oynamaq ehtimalı var idi"

BAKI, 14 iyul. TELEQRAF

“Turan Tovuz” ilə Cənubi Azərbaycan təmsilçisi “Traktor” arasında keçiriləcək yoldaşlıq görüşünün təfərrüatları bəlli olub.

Bu barədə Teleqraf-a “bozqurdlar”ın idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov məlumat verib.

O, təklifin təmsil etdiyi klubdan gəldiyini açıqlayıb: “Ötən il də oynamaq ehtimalı vardı, amma alınmadı. Öyrəndik ki, "Traktor" da Boluda toplanış keçir. Təklifi biz yolladıq. Çünki həm bizə, həm də onlara yoldaşlıq oyunu lazım idi. Danışdıq, hər şey üst-üstə düşdü və yoldaşlıq oyunu keçirməyə razılaşdıq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında ötən mövsümü 4-cü pillədə başa vuran “Turan Tovuz” və tarixində ilk dəfə İran çempionu olan "Traktor" iyulun 29-da qarşılaşacaq. "Bozqurdlar" iyulun 6-dan, "qızılqurdlar" isə iyulun 8-dən Türkiyədə toplanış keçir.

Избранный
22
teleqraf.com

1Источники