Dünən "Barselona"nın futbolçusu Lamin Yamal 18 yaşının tamam olmağı münasibətilə özəl bir parti təşkil edib.

Offsideplus.az xəbər verir ki, gənc vinger partidə əyləncə məqsədi ilə cırtdanlıqdan əziyyət çəkən insanları işə götürüb.

Buna görə də futbolçu məhkəməyə verilə bilər.

İspaniyada Axondroplaziya və Digər Skelet Displaziyaları Olan İnsanlar Assosiasiyası Lamine Yamala qarşı belə insanları əyləncə kimi işə götürdüyünə görə məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, 2007-ci ildə doğulan Yamal "Barselona" forması ilə artıq 100-dən çox oyun keçirib. O, bu oyunlarda 25 qol vurub və 34 məhsuldar ötürmə edib.