RU

İsrailin İrana hərbi hava hücumlarında ölən qadın və uşaqların sayı açıqlanıb

Bakı. Trend:

İsrailin İrana 12 günlük hərbi hava hücumları nəticəsində 126qadın və 41 uşaq ölüb.

Trend-inməlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədriPirhüseyn Kulivənd bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində 5xilasedici də ölüb.

Kulivənd deyib ki, İranın Qırmızı Aypara Cəmiyyətinin təciliyardım maşınları və helikopteri hücuma məruz qalıb. Bu isə Cenevrəkonvensiyalarına ziddir.

Cəmiyyət sədri bildirib ki, bununla əlaqədar İranın QırmızıAypara Cəmiyyətinin hesabatı aidiyyəti üzrə beynəlxalq dairələrəgöndərilib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Избранный
40
3
az.trend.az

10Источники