RU

Statuslarımla çörəkverənəm » AzadMedia.az


Elnurə Abuşova

Sosial şəbəkələrdə tənqidi status yazıram, altına qəribə bir mənzərə ilə qarşılaşıram: yaltaq şərhlər, qeyri-səmimi rəylər və sonra.., klassik ssenari – həmin rəylərdən “ekran görüntüsü” çıxarılıb hansısa quruma ötürülür. Məzmunu belə olur: “Elnurə belə yazdı, mən də buna belə cavab verdim”. Həmin qurumdan isə bir neçə saat keçməmiş “önəmli xəbərdarlıq” gəlir – “dostunu, düşmənini tanı”.

Görəsən, status yazmaq bu qədərmi təhlükəlidir? Yoxsa, kimin ekran görüntüsünü kimə göndərəcəyi artıq “peşəkar fəaliyyət” sayılır?

Ən maraqlısı isə odur ki, bu skrin daşıyanların arasında elələri var ki, əgər biz onların iç dünyasını, niyyətlərini, arxa plandakı oyunlarını açıq etsək, bəlkə də bütün sosial media auditoriyası şoka düşər. Bəziləri elə bir iyrənc xislətə sahibdir ki, nəzakətin, səmimiyyətin, peşəkar həmrəyliyin yanından belə keçməyib.

Tənqidi statusa rəy yazılmasa da, yenə də rahat buraxmırlar. Bu dəfə başqa formatda skrin düşür yola: “Zəhmət olmasa, saytımız üçün bu statusa rəsmi açıqlama verin”. Ay həmkar, o saytdan məndə də var! Qanuni qeydiyyatla, Media Reyestrində adı ilə, ofisi ilə. Lazım gəlsə, rəsmi açıqlamanı özüm alaram və öz platformamda yayımlayaram.

Sözüm odur ki, mən yazdıqlarımı sadəcə fikrimi ifadə etmək üçün yox, həm də medianın durumuna güzgü tutmaq üçün yazıram. Reallıq budur ki, statuslarımla həm düşüncə, həm də “kontent” bəxş edirəm. Hər gün kiminsə mətbuat gündəmini formalaşdırır, başqa birinə mövzu verir, üçüncüsünə də rəy yazmaq fürsəti tanıyıram.

Bəli, nə gizlədim, statuslarımla çörəkverənəm.



Избранный
24
1
azadmedia.az

2Источники