İyulun 15-də Milli Məclisin deputatları tətilə çıxacaqlar.
Valyuta.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Daha sonra növbədənkənar sessiya keçirlə bilər.
Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq, deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.
Tətil müddəti avqustun 30-dək davam edəcək.
©Modern.az